AZ

Vatsapda möhtəşəm yenilik

News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vatsap istifadəçiləri üçün dil maneələrini aradan qaldıran yeni mesaj tərcüməsi funksiyasını təqdim edib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, proqram istifadəçiləri üçün mesajları dərhal müxtəlif dillərə tərcümə etməyə imkan verən yeni funksiyanı tədricən yaymağa başlayıb.

Bunun üçün mesajın üzərinə basılı saxlamalı və görünən menyudan “Tərcümə et”i seçmək lazımdır. 

Android istifadəçilərinə bütün söhbət üçün avtomatik tərcüməni aktivləşdirmək imkanı da təklif olunur. Tərcümə cihazda həyata keçirildiyi üçün istifadəçi məxfiliyi qorunur və funksiya dil paketlərini endirdikdən sonra daha sürətli işləyir.

Yeni funksiya təkcə fərdi söhbətlərdə deyil, həm qrup söhbətlərində, həm də kanal yeniləmələrində əlçatan olacaq. Bu funksiya ilə vatsap daha geniş kommunikasiya şəbəkəsi qurmağı hədəfləyir. İlkin olaraq, türk dili də daxil olmaqla, geniş dil siyahısı iOS-da dəstəklənir, hazırda “Android”də daha məhdud sayda dillər mövcuddur.

Məlumata görə, funksiyaya tezliklə daha çox dil əlavə ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
9
news24.az

10Mənbələr