AZ

Rusiyada məhkəmədən qaçan erməni məmurun ölməsinin TƏFƏRRÜATI KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan iş adamı və sabiq məmur Boris Avakyanın öldürülməsi versiyasını istisna edib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, meyiti Ermənistanın Sankt-Peterburqdakı konsulluğunda tapılan Avakyan qapısı bağlı olan tualetdə damarlarını kəsib.

Səfir əlavə edib ki, tualetin qapısı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən açılıb: “Avakyan öz istəyi ilə konsulluğun binasına gəlib. Konsulluğa giriş sərbəstdir, konsulluğun binası bağlı deyil, hər kəs konsulluq xdmətləri almaqdan ötrü daxil ola bilər”.

Xatırladaq ki, Rusiyada “Rosimuşestvo”nun (Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentlik) keçmiş məmuru Avakyan sentyabrın 23-də məhkəmə zalından qaçdıqdan sonra Vasilyevski adasındakı Ermənistanın Baş Konsulluğuna daxil olub və orada ölü tapılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
4
konkret.az

5Mənbələr