ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı son açıqlamaları absurddur və təhlükə yaradır.
NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks bildirib.
“Trampın dünən dedikləri absurd və təhlükəlidir, bu isə əslində sülhdən geri addım deməkdir”, – deyə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində agentliyə açıqlamasında vurğulayıb.