Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Bu barədə Axar.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Müəllimlər bu platformada yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.