1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bolqarıstan 2026-cı ildə Rusiya qazının istifadəsindən və onun tranzitindən imtina edəcək".
Oxu.Az-ın Bolqarıstan Milli Radiosuna istinadən verdiyi xəbərə görə, bunu ölkənin Baş naziri Rosen Jelyazkov deyib.
Hökumət başçısı vurğulayıb ki, Sofiya bu tədbirə Avropa İttifaqının (Aİ) qərarı çərçivəsində qoşulacaq.
"Bloomberg" agentliyi sentyabrın 18-də xəbər vermişdi ki, Aİ Rusiyanın mayeləşdirilmiş təbii qazından mərhələli şəkildə imtina prosesini sürətləndirməyə hazırlaşır.