AZ

Zelenskinin təklifinə Tokayevin cavabı: Vasitəçi deyilik...

Qazaxıstan Ukrayna və Rusiya arasında hərbi münaqişədə vasitəçi deyil , lakin Vladimir Zelenski və Vladimir Putin arasında danışıqları təşkil edə bilərik.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

"Qazaxıstan Rusiya və Ukrayna arasında hərbi münaqişədə vasitəçi deyil və özünü bir vasitə kimi də görmür. Mənim fikrimcə, hər iki tərəf bütün mübahisəli məsələlər üzrə ikitərəfli və müxtəlif səviyyələrdə dialoq aparmağa qadirdir. Mən həmişə Ukrayna böhranının son dərəcə mürəkkəb olduğuna və sadələşdirilə bilməyəcəyinə inanmışam və açıq şəkildə bəyan etmişəm", - Tokayev vurğulayıb.

Qeyd edək ki, daha öncə Zelenski Rusiya ilə danışıqların Qazaxıstanda da keçirilə biləcəyini bildirib.

Seçilən
3
axar.az

1Mənbələr