AZ

Polşa NATO nun Baltik Dəniz Komandanlığını yaradacaq

ain.az bildirir, Ayna portalına istinadən.

"Polşa Baltikyanı regionda rolunun gücləndirilməsində mühüm mərhələyə başlayır”

Polşa NATO-nun regional dəniz komandanlığını yaratmağa başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının Mətbuat Xidməti məlumat yayıb.

"Polşa Baltikyanı regionda rolunun gücləndirilməsində mühüm mərhələyə başlayır. POLMARFOR (Polşa Hərbi Dəniz Qüvvələri) Polşada yaradılacaq yeni regional dəniz komandanlığıdır və 2028-ci ildə NATO-nun Baltikyanı dəniz əməliyyatlarına rəhbərlik etmək məsuliyyətini öz üzərinə götürəcək", - məlumatda vurğulanıb.

"2024-cü ilin oktyabr ayından Polşa, Almaniya və İsveç Rostokdakı CTF Baltik Regional Komandanlığından Baltik regionunda əməliyyatlara birgə komandanlıq edəcəklər. POLMARFOR regional dəniz əməkdaşlığının qurulmasında və bu strateji əhəmiyyətli dəniz regionunda müttəfiqlərin təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsində növbəti addım olacaq", - Baş Qərargahdan qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
ayna.az

1Mənbələr