AZ

Kişiləri idarə edən əsas orqan bu imiş - Alimlərdən yeni kəşf

Alimlər kişi seksual davranışını yalnız beynin idarə etmədiyini, onurğa beynin də bu prosesdə mühüm rol oynadığını müəyyən ediblər.

Milli.Az xəbər verir ki, əvvəllər onurğa beynin yalnız eyakulyasiya zamanı işə düşdüyü düşünülürdü, amma yeni araşdırma bunun əksini göstərib.

"Nature Communications" jurnalında dərc olunan tədqiqata görə onurğa beyində xüsusi galanin (Gal⁺) neyronları fəaliyyət göstərir. Onlar həm sperma ixracını idarə edən əzələlərlə əlaqəlidir, həm də cinsi orqanlardan gələn siqnalları qəbul edir, ereksiya və bütün prosesin ardıcıllığında iştirak edir.

Siçanlarla aparılan təcrübələrdə bu neyronların təkcə eyakulyasiyanı işə salmadığı, həm də orqanizmin daxili vəziyyətini nəzərə aldığı üzə çıxıb. Məsələn, eyakulyasiya baş veribsə, həmin hüceyrələr yenidən cavab vermir. Bu, spina beynin "refrakter dövrünü" də idarə etdiyini göstərir.

Alimlərin sözlərinə görə, siçovullarda bu proses daha çox reflektor xarakter daşıyır, amma siçanlarda insana daha yaxın mexanizm müşahidə olunur. Ona görə də gələcəkdə insanın seksual funksiyalarını öyrənmək üçün siçanların daha doğru model ola biləcəyi vurğulanır.

İsmayıl
Milli.Az

Seçilən
31
2
milli.az

3Mənbələr