AZ

Məhur aktyor gizli şəkildə evlənib?

Bu günlərdə xarici mətbuatda məşhur kanadalı aktyor Kianu Rivzlə sevgilisi Aleksandra Qrantın gizli şəkildə evləndiyi barədə məlumatlar yayılıb. Ötən gün kino ulduzunun nümayəndəsi yayılan xəbərlərə cavab verib.

Hİt.az "E! News"a istinadən xəbər verir ki, aktyorun agenti xəbərin doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, cütlük münasibətlərini hələ rəsmiləşdirməyib.

"Matrix" ulduzunun təmsilçisi deyib: "Bu doğru deyil. Onlar evlənməyib".

Aktyor və sənətçi ilk dəfə 2009-cu ildə məclisdə tanış olublar. Lakin onların romantik münasibətləri yalnız 2018-ci ildə məlum olub və bir il sonra qırmızı xalçada birlikdə görünüblər. 61 yaşlı Rivz və 52 yaşlı Qrant şəxsi həyatları haqqında demək olar ki, danışmırlar.

Samir

Seçilən
16
hit.az

1Mənbələr