Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Dubayda yerləşən "Roasters" şəbəkəsi dünyanın ən bahalı qəhvəsinin satışına görə rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Axşam.az xəbər verir ki, rekorda düşən bu içkinin dəyəri 670 dollar təşkil edib.
Qəhvə "pour-over" (qaynar suyun qəhvə dənələrinin üstünə tökülməsi) üsulu ilə dəmlənib və əllə hazırlanmış, unikal kristal stəkanda təqdim olunub.
İçki üçün Panamada yerləşən "Hacienda La Esmeralda" plantasiyasından əldə olunan, nadir və yüksək keyfiyyətli "Geisha" növü qəhvə dənələri istifadə olunub. Bu dənələr mürəkkəb çiçək, meyvə və sitrus notları ilə tanınır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.