ABŞ Hindistanla nüvə enerjisi və digər sahələrdə iqtisadi əlaqələri gücləndirməyi planlaşdırır.
Editor.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt deyib.
“Biz Hindistanla təbii qaz, kömür və nüvə enerjisi kimi sahələrdə enerji sahəsində əməkdaşlığımızı genişləndirmək istəyirik”, – Rayt bildirib.
Onun sözlərinə görə, ABŞ neft qazı və təmiz yanacaq sahəsində də əməkdaşlıqda maraqlıdır.
Sentyabrın 23-də ABŞ prezidenti Donald Tramp Çin və Hindistanın Ukrayna münaqişəsinin əsas sponsorları olduğunu bəyan edib və səbəb kimi onların Rusiya neftini almağa davam etdiklərini bildirib.
ABŞ avqustun 27-də bir sıra Hindistan mallarına 50% rüsum tətbiq edib. Bu tədbir Yeni Dehlinin Rusiya neftinin alışını dayandırmaqdan imtina etməsindən sonra Tramp administrasiyası tərəfindən həyata keçirilib. Tariflər yanacaq, əczaçılıq məhsulları və metallar istisna olmaqla, geyim, zərgərlik, ayaqqabı və mebeli əhatə edirdi.
//Gülnarə Abasova, Editor.az