AZ

Husilərin İsrailə zərbəsi nəticəsində 20 nəfər yaralanıb

Yəməndən buraxılan pilotsuz uçuş aparatının (PUA) İsrailin cənubundakı Eylat şəhərinə düşməsi nəticəsində azı 20 nəfər yaralanıb.Bu barədə İsrailin təcili yardım xidməti məlumat yayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.Onların əksəriyyətinin qəlpə yarası aldığı bildirilir.

İsrail ordusu Eylata PUA düşməsi barədə məlumat yayıb. Hərbçilərin məlumatına görə, PUA Yəməndən buraxılıb və onun qarşısını almağa cəhd edilib.

Seçilən
52
5
anews.az

10Mənbələr