"Hazırda Slovakiya hakimiyyəti respublikanın Rusiya nefti və qazı olmadan idarə edə biləcəyinə inanmır".
Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bu açıqlamanı Alovakiyanın xarici işlər naziri Yuray Blanar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətində bildirib.
"Slovakiya enerji infrastrukturunun qurulmasına onilliklər sərf edib. Bizim davamlı və münasib qiymətə malik başqa variantımız (Rusiya qazı və neftindən başqa) yoxdur", - Slovakiyanın xarici işlər naziri deyib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ prezidenti Donald Trampın Avropanın Rusiya neftındən və qazından imtina etməsi tələbini qeyri-real elan etmişdi.
QAZİLER.AZ