AZ

Netanyahu bunu etsə, strateji səhvə yol verəcək Makron

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Rəsmi Parisin Fələstini tanımasından sonra İsrail Qüdsdəki Fransa konsulluğunu bağlasa, ciddi səhv etmiş olacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “France 24” və “RFI” radiosuna müsahibəsində deyib.

“Mən bunu ciddi səhv sayıram və İsrailin həmin addımı atacağına inanmıram”.

Lakin Makron konsulluğun bağlanması fonunda Fransanın hansı addımlar atacağı haqda suala cavab verə bilməyib. O, sadəcə vəziyyəti gərginləşdirmək niyyətində olmadığını qeyd edib və Parisin İsrail-Fələstin münaqişəsinin həlli üçün diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.

İsrail xarici işlər nazirinin müavini Şarren Haskel Fransa radiosuna müsahibəsində bildirib ki, Qüdsdə mövcud olan diplomatik missiyasının bağlanması baş nazir Benyamin Netanyahunun gündəmindədir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
1
globalinfo.az

2Mənbələr