Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında hazırlanan Balaxan Nəzərlinin "Gəmi batır" adlı monotamaşası Türkiyənin Van şəhərində keçirilən II Van Beynəlxalq Monotamaşalar Festivalında təqdim olunub.
Sentyabrın 15-dən 21-nədək davam edən festivalda Azərbaycan, Türkiyə və İrandan kollektivlər iştirak ediblər. Tədbirdə Naxçıvan teatrının aktyoru və rejissoru Səməd Canbaxşiyev "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.
İzləyicilərin maraqla qarşıladığı tamaşada müəllim obrazını canlandıran aktyor, təsadüfən yük gəmisində iş tapan, lakin dənizçilik qaydalarını bilmədiyi üçün ilk fırtınada çətinliklər yaşayan insanın duyğularını ustalıqla təqdim edib.
Monotamaşa Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən monotamaşalar müsabiqəsi üçün hazırlanıb. "Gəmi batır"ın ilk premyerası isə məhz Vanda baş tutub.
Səbuhi HƏSƏNOV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.