AZ

Yaddaşı gücləndirmək üçün sadə üsullar açıqlandı

Nevroloq Baibing yaddaş performansını yaxşılaşdırmaq və zehni gücləndirmək üçün sadə, amma təsirli üsullar haqqında danışıb.

E-saglam.az xəbər verir ki, bu barədə The Mirror məlumat yayıb. 

Mütəxəssisin sözlərinə görə, yaddaşı möhkəmləndirmək üçün bir neçə qavrayış kanalından istifadə etmək vacibdir. İlk addım yeni informasiyanı qəbul etməkdir. Daha sonra həmin məlumatı yazmaq və dərhal ardından əsas məqamları özünüzə xatırlatmaq, məsələn, mühazirə və ya vacib söhbətdən sonra qısa xülasə etmək yaddaşda informasiyanı daha möhkəm saxlayır. Baibing qeyd edib ki, bu metod məlumatların unudulmadan əvvəl yaddaşda sabitləşməsinə kömək edir.

Nevroloq həmçinin proqnozlar verməyi də faydalı hesab edir. O, misal olaraq anatomiya dərsini göstərib: “Hansısa orqanın funksiyasını əvvəlcə təxmin edib, sonra nəticəni yoxladıqda beyin yeni biliklərə daha diqqətlə yanaşır. Bu prosesdə səhvlər də əhəmiyyətlidir, çünki beyin düzəlişləri vacib məlumat kimi qəbul edir və onları daha yaxşı yadda saxlayır”.

Baibing həmçinin düzgün istirahətin əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, qısa fasilə, gözləri yummaq və ya gəzintiyə çıxmaq beynin məlumatı daha yaxşı emal etməsinə şərait yaradır. “Gəzinti yaradıcılıq və konsentrasiya ilə bağlı beyin sahələrini aktivləşdirir. Əgər işdə çətinlik çəkirsinizsə, ayağa qalxıb bir az gəzmək daha faydalıdır”, – deyə o bildirib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
5
e-saglam.az

1Mənbələr