AZ

BDU-nun rektoru “THE Avrasiya Universitetlərinin Sammiti”ndə çıxış edib - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bakıda Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən “Times Higher Education (THE) Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində təşkil olunan paneldə çıxış edib.

QHT.az xəbər verir ki, rektor “Avrasiya universitetləri elmi regional inkişafın mühərrikinə necə çevirə bilər?” mövzusunda çıxışında BDU-nun elmi strategiyasını regional və milli inkişaf prioritetlərinə uyğunlaşdırmaq istiqamətində atılan addımları diqqətə çatdırıb. O, iqlim dəyişikliyi, ictimai sağlamlıq, texnoloji dəyişikliklər və sosial-iqtisadi bərabərsizlik kimi qlobal problemlərə cavab verməyin universitetin əsas hədəflərindən olduğunu bildirib.

Sammitdə elmin və innovasiyaların dayanıqlı və inklüziv cəmiyyətlərin qurulmasındakı rolu müzakirə olunub. BDU-nun beynəlxalq elmi əməkdaşlıqlarda fəal iştirakı isə Azərbaycanın elm və innovasiya mərkəzi kimi mövqeyini gücləndirdiyi qeyd olunub.

Seçilən
17
qht.az

1Mənbələr