AZ

Neveş üçün 120 milyon avroluq təklif hazırlayırlar

“Mançester Siti” uzunmüddətli perspektivdə Rodrinin yerini doldura biləcək yarımmüdafiəçi axtarır.

90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, “şəhərlilər” “PSJ”nin futbolçusu Joau Neveşi transfer etməyi nəzərdən keçirir. Mançester təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb və futbolçu üçü 120 milyon avro ayırmağa hazırdır.

Portuqaliyalı oyunçu 2024-cü ilin yayından “PSJ”də çıxış edir. Paris klubunun heyətində Neveş 63 rəsmi oyuna çıxaraq 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Qeyd edək ki, o, 2025-ci il “Qızıl top” səsverməsində 19-cu yeri tutub.

Keçən mövsüm Joau Neveş “PSJ” ilə Liqa 1, Fransa Kuboku, Fransa Superkuboku və Çempionlar Liqasını qazandı, həmçinin Portuqaliya millisinin heyətində Millətlər Liqasını qazanmağa yardımçı oldu.

Seçilən
92
90deqiqe.az

1Mənbələr