...Amerikalı əczaçı Cared Stockuell soyuqdəymə və qrip riskini azaltmaq üçün sadə bir üsul bölüşüb. Öz bloqunda o, mütəmadi olaraq adi su ilə qarqara etməyin tənəffüs yollarını viruslardan qorumağa kömək etdiyini izah edib.
Tədqiqat nəticələri göstərir ki, gündə ən azı üç dəfə qarqara edənlər üçdə bir dəfə daha az xəstələnirlər.
Bundan əlavə, su ilə qarqara yod məhlulundan daha təsirli olub.SİA-nın məlumatına görə, mütəxəssis qeyd edib ki, Yaponiyada bu vərdiş uzun müddətdir gündəlik həyatın bir parçası olub və bu, ölkədə qripə yoluxma hallarının aşağı olmasını izah edir.
Onun sözlərinə görə, soyuqdəymə və qrip mövsümündə orqanizmin müdafiəsini gücləndirmək üçün səhər və axşam yuyucuda cəmi bir neçə saniyə kifayətdir.
Əli Babayev