AZ

Rusiyadan qalmaqallı açıqlama: Ukrayna imtina etdikcə daha da pisləşəcək!

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən Ukrayna ilə bağlı son vəziyyətə toxunub.

Globalinfo.az xəbər verir ki, Peskov Ukraynanı danışıqlardan yayınmaqda ittihham edib. O, bildirib ki, Rusiya danışıqlara açıqdır, lakin Kiyev tərəfi tamamilə passiv mövqe nümayiş etdirir.

“Görünür, ukraynalılar Avropadakı sponsorlarına və liderlərinə döyüşə biləcəklərini göstərməyə çalışırlar. Lakin unutmaq olmaz ki, Ukrayna tərəfi vəziyyəti müzakirə etməkdən boyun qaçırdıqca cəbhə xəttində geriləməyə davam edəcək”, – Kremlin sözçüsü vurğulayıb.

O, Qərbdə səslənən “Ukrayna öz ərazilərini geri ala bilər” tezisini yanlış adlandırıb.

Peskov həmçinin bildirib ki, Ukraynada aparılan müharibə Rusiyanın təhlükəsizliyi və maraqlarını təmin etmək və böhranın əsas səbəblərini aradan qaldırmaq məqsədi daşıyır.

ABŞ-la münasibətlər mövzusuna da toxunan Kremlin sözçüsü Vaşinqtonla dialoqun istəniləndən daha ləng getdiyini deyib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
globalinfo.az

1Mənbələr