AZ

Avropa Liqası: Danimarkada qələbə, Yunanıstanda qolsuz heç-heçə

UEFA Avropa Liqasında Liqa mərhələsi start götürüb.

İdman.biz bildirir ki, turnir "Midtyulland" - "Şturm Qrats" və PAOK - "Makkabi Tel-Əviv" qarşılaşmaları ilə başlayıb.

Danimarkada keçirilən oyunda "Midtyulland" 2:0 hesabı ilə qalib gəlib.

7-ci dəqiqədə Kristiensen öz qapısına qol vurmaqla danimarkakıları irəli çıxarıb. 89-cu dəqiqədə isə Diao oyunda son nöqtəni qoyub.

Yunanıstanda keçirilən qarşılaşmada isə hesab açılmayıb - 0:0.

UEFA Avropa Liqasında Liqa mərhələsinin daha 7 oyunu olacaq.

İdman.biz

Seçilən
24
1
idman.biz

2Mənbələr