ain.az, Sportal.az saytına istinadən bildirir.
İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi Kriştiano Ronaldo haqqında maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, Runi “Mançester Yunayted”in keçmiş müdafiəçisi və kapitanı Rio Ferdinandın podkastında bunları qeyd edib:
"İnsanlar elə bilirlər ki, mən onu sevmirəm. Mən isə onu sevirəm. Mən hesab edirəm ki, o, tam bir dahidir, etdikləri sadəcə ağlasığmazdır. Mən Kriştianonu sevirəm və onunla oynamağı çox xoşlayırdım. Düşünürəm ki, insanlar bizim nə qədər yaxın olduğumuzu belə təsəvvür etmirlər.
Məncə, sadəcə Messinin Ronaldodan daha yaxşı olduğunu demişəm, insanlar düşünürlər ki, mənə Kriştiano xoş gəlmir. Mən Messini də sevirəm, onun oyununa baxmaqdan zövq alıram və bunu da elə buna görə dedim. Çünki mənə elə gəlir ki, Messi oyunda, komanda yoldaşları ilə qarşılıqlı əlaqədə və s. baxımından bir qədər üstün idi".
Xatırladaq ki, ingilis futbolçu ilə portuqaliyalı arasında 2006-cı il dünya çempionatında İngiltərə və Portuqaliya yığmaları arasındakı oyunda, hər ikisi “Mançester Yunayted”də çıxış etdiyi vaxt konflikt yaşanmışdı. Sonradan isə Ueynin Kriştianu haqqında müsahibələrdə dediyi sözlərdən sonra onların münasibətləri daha da pisləşmişdi.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.