Avropa İttifaqı Ukraynaya verəcəyi “təmirat krediti”nin məbləğinin 130 milyard avroya qədər ola biləcəyini açıqlayıb.
Kreditin dəqiq həcmi Beynəlxalq Valyuta Fondu (BVF) ilə razılaşdırılacaq.
Reuters agentliyinin rəsmi mənbələrə istinadla xəbərinə görə, kredit Kiyev üçün hərbi xərclərin maliyyələşdirilməsində istifadə olunacaq. Kredit yalnız gələcək sülh sazişi çərçivəsində Rusiyadan alınacaq reparasiyalardan sonra ödəniləcək.
//Samir Qurbanov, Editor.az