AZ

Biznes Ombudsmanı institutunun yaradılmasına ehtiyac var



"İki gün öncə hava limanında taksi xidməti ilə bağlı qərar elan edilərkən rəqabət mühitinin boğulmasına yönəlmiş inzibati yanaşmaların doğru olmadığı barədə əhatəli yazmışdım.

Bu gün isə Ombudsman Aparatı məlumat verdi ki, hava limanında taksi xidməti və qiymət siyasəti ilə bağlı monitorinq aparılıb. Bildirilib ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59-cu maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir”.

Newscenter.az xəbər verir ki, bunları deyən iqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, addım təqdirəlayiqdir:

"Amma hesab edirəm ki, bu məsələyə münasibət bildirməli olan qurum təkcə Ombudsman Aparatı ilə məhdudlaşmamalıdır.

Ümumiyyətlə, Ombudsman institutundan söz düşmüşkən, çoxdan irəli sürmək istədiyim bir təklifim vardı. Ökəmizdə Prezident tərəfindən təyin edilən və birbaşa ona hesabat verən Biznes Ombudsmanı institutunun yaradılmasına və ona müvafiq səlahiyyətlərin verilməsinə ciddi ehtiyac var. Belə bir institut sahibkarların hüquqlarının qorunmasına, inzibati maneələrin aradan qaldırılmasına, ədalətli rəqabət mühitinin təmininə, dövlət–biznes dialoqunun güclənməsinə və ən əsası xarici investorlar üçün etibarlı, cəlbedici iqtisadi mühitin formalaşmasına xidmət edəcək strateji bir mexanizm olar".

İqtisadçı deyib ki, ölkəmizdə böyük investisiya forumları keçirilir, cənab Prezident beynəlxalq tədbirlərdə hər dəfə nə qədər məşğul olsa da, mütləq vaxt ayıraraq qlobal investorlarla şəxsən görüşür, ölkəyə investisiyanın cəlbi üçün bütün imkanlar səfərbər edilir:

2Amma bəs, investorlar ayrı-ayrı sahələrdə inzibati metodlarla rəqabətin boğulduğunu görsə, bu, onları tərəddüdə salmazmı?!

Qlobal investor sadəlövh deyil. O, diqqəti cəlb etməyən ən kiçik çatışmazlıqları belə görür, dərindən təhlil edir və qərarlarını buna əsasən verir. Onların gözündən heç nə yayınmır. Buna görə də bu tip məsələlərdə xüsusilə diqqətli olmalıyıq.
Məhz buna görə də səlahiyyətli Biznes Ombudsmanı institutunun yaradılması ölkəmizin iqtisadi inkişafında strateji bir addım, önəmli mərhələ olardı".

Anar Əliyev
Seçilən
60
3
newscenter.az

6Mənbələr