"Absheron Lions" FIBA Avropa Kubokunun təsnifat mərhələsinin ilk matçında "Anortosis"i 89:73 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən komandanın baş məşqçisi Erhan Toker oyunla bağlı fikirlərini bildirib:
"Daha böyük hesabla qalib gələ bilərdik. Bəzi şeyləri düzəltmək istəyirik. Bunun üzərində işləyəcəyik. Bəlkə də onlar bizi yaxşı təhlil edə bilməmişdilər. Hücumda və müdafiədə yaxşı oynadıq. İndiki hədəf Kiprdən də qələbə ilə ayrılmaqdır. Daha sonra gələcək haqqında planlar quracağıq. Gənc oyunçularımızda inkişaf var".
Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması 1 həftə sonra Kiprdə oynanılacaq.