Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Fransalı biatlonçu Culiya Simon oğurluq və dələduzluq ittihamı ilə oktyabrda məhkəmə qarşısına çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Dauphine Libere" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Simon 2023-cü ildə onlayn alış-veriş etmək üçün başqalarının bank kartlarından istifadə etməkdə şübhəli bilinərək həbs edilib. Biatlonçuya qarşı iş iki şikayət əsasında açılıb. Şikayətçilər idmançının komanda yoldaşları olub. Dəymiş ziyan 1000 avro (təxminən 2000 manat - red.) məbləğində qiymətləndirilir.
Simon ittihamları rədd edərək, cinayətləri onun adından naməlum şəxslərin törətdiyini iddia edib.
Qeyd edək ki, 28 yaşlı Culiya Simon biatlon üzrə onqat dünya çempionudur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.