Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avtomobil idarə edən bəzi sürücülər təhlükəsizlik kəməri taxmağı utanc kimi qəbul edir, özləri taxmır, hətta taxan bəzi sürücülərə istehza ilə yanaşırlar…
Əslində, adından da göründüyü kimi təhlükəsizlik kəmərləri hərhansı bir qəza zamanı sürücünü və sərnişinlərə dəyən xəsarətin gücünü və səviyyəsini azaltmaq üçündür.
Bu gün ölkədə təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülər 40, sərnişinlər isə 30 manat məbləğində cərimə edilirlər.
Avtomobil təhlükəsizlik kəməri avtomobillərdə quraşdırılmamışdan öncə, Glider pilotları üçün icad edilmişdi. Bu, onların avtomobildən düşməsini dayandırmaq üçün idi.
1853-cü ildə ilk həqiqi təhlükəsizlik kəməri hazırlayan George Cayley kəmərləri dizayn etdi. İlk təhlükəszilik kəməri üçün 1885-ci ildə ilk ABŞ patenti verildi. Bu, Nyu Yorklu Edvard J. Claghornun işi idi. Patent təhlükəsizlik kəmərinin “şəxsə tətbiq edilməsi və şəxsi sabit obyektə bərkidilməsi üçün qarmaqlar və digər əlavələrlə təmin edilməsi” üçün nəzərdə tutulmuşdu.
1900-cü illərin əvvəllərində avtomobillər artıq 50 km/saat sürətə çatırdı. Bu səbəbdən də, təhlükəsizlik kəməri yaxşı fikir idi. Müasir üç nöqtəli təhlükəsizlik kəməri 1958-ci ildə Nils Bohlin tərəfindən icad edilmişdir.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.