Qusarın Ləzə kəndində palçıq seli nəticəsində bu dəqiqələrdə vəziyyət daha da kritikləşib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ləzəçayla gələn palçıq layının çayın sol kənarındakı 2 evi basma təhlükəsi artıb.
Sakinlər böyük təşviş və qorxu içindədirlər. Sakinlərin sözlərinə görə, hazırda ərazidə işləyən 2 texnika azlıq edir.
Rəsmi qurumlar çayın sol hissəsində damba-torpaq bənd qurmaq üçün işlərə başlayıblar.
Qusar rayon icra hakimiyyətinin suvarma sistemləri və yol idarələrinin əməkdaşları hadisə yerindədirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta