ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın günlərdə Qəzza məsələsində irəliləyiş əldə olunacağını açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Times of Israel məlumat yayıb.
Uitkoff bildirib ki, “Yaxın günlərdə Qəzza ilə bağlı müəyyən bir irəliləyiş elan ediləcəyinə ümid edirəm və əminliklə deyə bilərəm”.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılmasına yönəlmiş 21 bəndlik planını bəzi dövlət rəhbərlərinə təqdim etdiyini əlavə edib.
//Samir Qurbanov, Editor.az