Pol Skoulz Pedrini dünyanın ən yaxşı yarımmüdafiəçisi hesab edir.
Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq yarımmüdafiəçisindən mövqeyinə görə dünyanın ən yaxşı futbolçularını adlandırmağı xahiş ediblər. O, “Barselona”nın və İspaniya yığmasının oyunçusunu birinci yerə qoyub.
"Fikrimcə, bir nömrə Pedridir. Mən instaqramda paylaşım edəndə insanlar soruşmağa başladılar: “Sən üç il harada idin ki, onu görməmisən?” Əslində, mən nə İspaniya futboluna, nə də İspaniya yığmasına baxmıram. Futbolçu olanda baxırdım. Öz oyunlarından sonra “Barselona”ya, “Real”a baxırdıq və bu mənə dəhşət xoş gəlirdi, möhtəşəm idi.
Və mən Pedrini Çempionlar Liqasında “Nyukasl”la oyunda gördüm və düşündüm: “Vau!” O, elə bil Xavi ilə İnyestanını bir oyunçuda birləşdirib. İstədiyi rəqibi aldada bilirdi! Söhbət ayaqlardan yox, beyindən gedir. Bəzən çətin vəziyyətlərdən bir-iki hərəkətlə, yaxud çiyinlə yüngül bir fəndlə çıxırdı. Onun texnikası əladır.
Ən maraqlısı isə o idi ki, “Nyukasl” bir qol vurdu, hesab 2:1 oldu, təxminən 8 dəqiqə əlavə olundu və mən düşündüm: “İndi maraqlı olacaq”. Amma Pedri topu yeddi dəqiqə ayağında saxladı. O, oyunu tamamilə öz nəzarətinə aldı və bu, möhtəşəm idi". – deyə Skoulz bildirib.
saytlarin hazirlanmasi