Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında fransalı həmkarı Emmanuel Makronla görüşüb.Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Görüş bağlı qapılar arxasında keçirilib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro da iştirak edib.