AZ

Elvis Presli xanımının sevgilisini öldürmək istəyib

ain.az, Axsham.az saytına istinadən bildirir.

Məşhur müğənni Elvis Preslinin keçmiş həyat yoldaşı Prissilla Presli yeni çıxan “Softly, As I Leave You: Life After Elvis” adlı kitabında etirafları ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, qadının sözlərinə görə, Elvis, Prissillanın karate məşqçisi Mayk Stounla münasibətdə olduğunu öyrəndikdən sonra onu öldürmək istəyib.

Prissilla bildirib ki, əvvəlcə karateyə yalnız əri Elvisi təsirləndirmək üçün başlamışdı. Lakin sonradan məşqçi ilə münasibətləri yaxınlaşaraq romantik əlaqəyə çevrilib. O, bu münasibətlə Elvisin onu davamlı xəyanətinə cavab vermək istədiyini qeyd edib. 

Kitabda qeyd olunur ki, bu hadisə Elvis üçün son dərəcə ağrılı olub. O hətta meneceri Co Espositoya Mayk Stoun üçün killer tapmağı tapşırıb. Lakin ailə üzvlərinin və yaxın ətrafının müdaxiləsi ilə Elvis bu niyyətindən imtina edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
axsam.az

1Mənbələr