AZ

Ətirin qalıcı olması üçünbədənin bu nayihələrinə sıxın


Bütün gün qalıcı bir qoxu istəyənlər üçün ətri düzgün tətbiq etmək çox vacibdir.

Medicina.az xəbər verir ki, sadəcə şüşədən sıxmaq kifayət deyil. Bədənin düzgün nöqtələrinə tətbiq etmək qalıcılığını əhəmiyyətli dərəcədə artırır.

Ətirdən istifadə edərkən ən çox rast gəlinən səhvlərdən biri onu bütün bədənə sıxmaqdır.

Nəbz nöqtələri ətirlərin uzun ömürlülüyünü artırmaq üçün ideal yerlər kimi seçilir.



Biləklər

Nəbz nöqtələrindən biri olan biləklər bədən istiliyi ilə ətirin daha yaxşı yayılmasına imkan verir.

Boyun və ənsə

Boyun bölgəsi ətri ətraf mühitə ən yaxşı ötürən bölgələrdən biridir. Ənsə də ətirin bütün gün qalmasına kömək edir.

Qulaq arxası

Kiçik bir nöqtə kimi görünsə də, ətir səpmək üçün ideal yerdir. Saç və bədən istiliyi qoxunun daha uzun müddət qalmasına kömək edir.

Dirsək içi və diz arxasında

Bunlar hərəkətli sahələr olduğu üçün istilik ətirin yayılmasını və qalıcılığını artırır.

Aygün
Medicina.az

Seçilən
1
1
medicina.az

2Mənbələr