AZ

İran və Ermənistan nazirləri sülh prosesini müzakirə etdi

Ermənistanın ədliyyə naziri Srbui Qalyan iranlı həmkarı Əmin Hüseyn Rəhiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Qalyan iki ölkə arasında səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. Rəhimi, öz növbəsində İran və Ermənistan ədliyyə nazirlikləri arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Regional gündəliyin müzakirəsi kontekstində İranın ədliyyə naziri qeyd edib ki, Tehran Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesini dəstəkləyir.

Tərəflər, həmçinin Ermənistan Ədliyyə Nazirliyi ilə İran Ədliyyə Nazirliyi arasında texniki əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

Seçilən
10
4
axar.az

5Mənbələr