AZ

Talıbovların biznesə qəfil geridönüşü

Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri milyonlarını niyə yenidən üzə çıxardı?

“Rza Talıbov 2023-cü ildə Naxçıvanda atasının vəzifəsindən çıxarılandan sonra satdığı aktivləri geri alır. İndi o, Gürcüstanın Qara dəniz sahilində lüks otel və başqa bir mülkə nəzarəti bərpa edib”.

Musavat.com xəbər verir ki, bu barədə repoct.org saytı yazıb.

Yazıda bildirilir ki, atasının qəfil istefasından az sonra Talıbovlar Batumidəki bank və otel də daxil olmaqla aktivlərini tələsik şəkildə satıblar. Yada salaq ki, istefasından sonra Talıbovların Türkiyənin turizm bölgəsində – Bodrumda yerləşən ən azı 2 otelinin də satıldığı deyilirdi. Bu otellərin tikintisinə 200 milyon dollar xərcləyiblər.

Gürcüstan sahillərində satdıqları mehmanxanaları isə Rza Talıbov bu dəfə dövlət səhmlərinin alqı-satqı sənədinə əsasən 8,6 milyon dollara geri alıb. İddia olunur ki, 43 yaşlı miqrasiya xidmətinin Bakıdakı məmuru Gürcüstan sahillərində öz səhmlərini genişləndirib. Əvvəllər Batumidəki “Divan Suites” kimi tanınan otel indi “London 1889” adlandırılıb.

Bundan başqa, Talıbovun “B-Pearl Turizm” şirkəti Makhincauri sahil rayonunda 730 min dollara torpaq sahəsi alıb. Batumi rəhbərliyi artıq dənizə baxan mənzilləri olan 11 mərtəbəli yaşayış binasının tikintisi planlarını təsdiqləyib.

Müstəqil korrupsiya araşdırmasına (OCCRP) görə, Talıbov qardaşlarının şirkətlərdən 20 milyon dollardan çox şübhəli köçürmələr ediblər, BƏƏ və Gürcüstanda təxminən 63 milyon dollar dəyərində daşınmaz əmlak alıblar.Talıbovların “biznes imperiyası”nın sərhədləri Gürcüstanla məhdudlaşmır, Türkiyə, İran, Dubay, hətta uzaq Misirə qədər uzandığı iddia olunur. Talıbovların BƏƏ-də bir neçə otelə, rentabelli fəaliyyət göstərən şirkətlərə və restoranlar zəncirinə sahib olduğu deyilirdi.

99520.jpg

Yeri gəlmişkən, iddialara görə, Vasif Talıbov məhz oğlu Seymuru Ali Məclis sədri postuna oturtmaq istəyində imiş. Bildirilirdi ki, Talıbovlar hakimiyyətinin çöküşünə qədər Naxçıvanda bütün idarəetməni qeyri-rəsmi olaraq oğlu Seymur Talıbov həyata keçirirmiş. Seymur Talıbov Naxçıvan Ali Məclisinin deputatı idi, uzun illər Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində işləyirdi.

Məlumata görə, Talıbov qardaşları uzun müddətdən sonra avqustun 30-da Bakıda təşkil edilən klassik avtomobillərin sərgisində iştirak ediblər. Qeyd edək ki, son zamanlar Talıbovlara münasibətin bir qədər yumşaldığı, Naxçıvandakı bir sıra obyektlərin, daşınmaz əmlakların Talıbovlara qaytarıldığı, onların muxtar respublikanı tərk etmələrinə qoyulmuş qeyri-rəsmi qadağanın götürüldüyü bildirilir.

Seçilən
3
1
editor.az

2Mənbələr