"Transfer pəncərəsi" bağlansa da, "Neftçi" transfer çalışmalarını davam etdirir.
Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.
O, vaxtilə "Beşiktaş"da çıxış etmiş Vensan Abubakarın "Neftçi"yə transfer olacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib:
"Transfer pəncərəsi" bağlansa da, transfer işlərimiz davam edir. Maraqlandığımız, diqqətdə saxladığımız bir çox futbolçu var. Rəsmi bir şey olarsa, klub tərəfindən açıqlama veriləcək".
Türkiyəli jurnalist Reşat Can Özbudak "Neftçi"nin Kamerun millisinin də üzvü olan Vensan Abubakara rəsmi təklif göndərdiyini yazıb.