AZ

“Ana Kür” ictimai birliyinin 15 yaşı tamam olur - FOTOLAR

“Ana-Kür” Ekoloji  Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin fəaliyyətə başlamasından 15 il keçir.

QHT.az xəbər verir ki, bu illərdə İctimai Birliyin təqdim etdiyi  bütün layihələr   adı respublikamızın donor təşkilatlarının elan etdiyi  qrant müsabiqələrinin qalibləri sırasında olmuşdur.15 ildə 15 layihə.   Bu Azərbaycan reallığında bölgədə fəaliyyət göstərən ekoloji ictimai təşkilatlar arasında çox nadir hadisədir.

Bu barədə İctimai birliyin sədri Rüstəm Məlikov bildirib. O deyib ki,  Kür çayı burada sanki öz qollarını bir ana kimi Salyanın  boynuna dolamış və axaraq  özünü Xəzərə çatdırır.. Ümumiyyətlə,  Kür  rayonun ərazisinin təqribən 65 kilometrini iki hissəyə -Aran və Muğan bölgələrinə ayıraraq özünəməxsus təbii gözəllik yaratmışdır. Ona görə də salyanlılar çaya “Ana Kür” adı vermiş, söz adamları şəninə nəğmələr qoşmuş , adını özlərinə təxəllüs seçmişlər. 
  Kür çayı hövzəsi tarixən xalqımızın həyatında mühüm rol oynayıb. Bu böyük su arteriyası təkcə içməli su, təsərrüfat və kənd təsərrüfatı üçün mənbə deyil, həm də xalqımızın mədəni kimliyində, ədəbiyyatında və mənəvi dəyərlərində xüsusi yer tutur. Lakin sürətli inkişaf, sənaye və məişət tullantılarının çoxalması, iqlim dəyişmələrinin təsiri çayın ekoloji durumunu daim diqqətdə saxlamağı
zəruri edir. İctimai birlik də məhz bu zərurətdən yaranmışdır. 2010-cu il sentyabr ayının 27-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ictimai birliyi hüquqi şəxs- Ana-Kür” Ekoloji  Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi kimi qeydiyyata almışdır.

“Ana Kür” yarandığı gündən Salyan rayonunun ekoloji problemlərinin öyrənilməsinə kömək etməyi əsas vəzifə kimi qarşıya qoymuşdur. Bu məqsədlə birlik rayonun təbii ekoloji balansının saxlanılmasına , çayın biomüxtəlifliyinin qorunmasına  kömək etmək  bu sahədə müsbət təcrübəni yaymaqdır.

Bu vəzifələri həyata keçirmək üçün seminarlar, dəyirmi masalar, sərgilər təşkil edir, konfranslar, ekoloji turlar, ağacəkmə aksiyaları, digər mədəni- kütləvi tədbirlər keçirir. Salyan rayonunda yolu  Kür çayının  sahilindən keçənlər ictimai birliyin könüllüləri tərəfindən əkilmiş   xan çinar, qovaq, küknar və digər yaşıl  ağacları maraqla seyr edirlər.

İcra etdiyi layihələrin  hesabatları donor təşkilatlar tərəfindən də həmişə yüksək balla qiymətləndirilmişdir. Bunun da əsas səbəbi birliyin aidiyyəti dövlət, bələdiyyə orqanları ilə  səmərəli əməkdaşlıq etməkdədir.

Hazırda birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi qrant müsabiqəsinə təqdim olunacaq yeni layihə üzərində işləyir.  Ömrünün 70- ci ilini yaşayan birlik sədrini təbrik edir və ona yeni –yeni uğurlar  arzu edirik

Seçilən
28
qht.az

1Mənbələr