AZ

Yer 10-25 il ərzində kütləvi yoxa çıxacaq

Kosmik fırtına mütəxəssisi xəbərdarlıq edib ki, Yer kürəsi bu onillikdə kütləvi yox olma hadisəsi ilə üzləşə bilər, çünki geofırtına istənilən vaxt baş verə bilər.

QHT.az xəbər verir ki, Space Weather News-un təsisçisi Ben Davidson xəbərdarlıq edib ki, yaxın onilliklərdə baş verə biləcək güclü günəş fırtınası bəşəriyyət üçün fəlakətli nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, Günəşdə baş verəcək “mikronova” maqnit qütblərində sürüşməyə, iqlim dəyişikliyinə, sunamilərə və kütləvi məhvə gətirib çıxara bilər.

"Belə partlayışlar 6-12 min ildən bir baş verir və növbəti fırtına 10-25 il ərzində Yer kürəsini vura bilər. Zəifləyən maqnit qalxanı təhlükəni daha da artırır. 1859-cu ildəki Karrinqton hadisəsi kimi, yeni fırtına da qlobal rabitə və enerji sistemlərini sıradan çıxara, ərzaq və su təminatında böhran yarada bilər".

 

Pərvanə Fərhadqızı

Seçilən
11
qht.az

1Mənbələr