Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Moskvada qanunsuz miqrasiya ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinin əməkdaşları da şəbəkənin üzvü olublar. Onlar saxta sənədlərlə miqrantlara Rusiyada qanuni yaşamaq hüququ əldə etməyə kömək ediblər. Həmçinin miqrantların guya rus dilini bildiklərinə, habelə Rusiyada yaxın qohumlarının yaşadığına dair saxta sənəd hazırlayıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.