AZ

Uzun müddət oynaya bilməyəcək - “Barselona”nın yarımmüdafiəçisi

“Barselona”nın yarımmüdafiəçisi Qavi uzun müddətə sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu medial menisk zədəsini aradan qaldırmaq üçün artroskopiya əməliyyatı keçirib.

Bərpa müddətinin təxminən 4-5 ay davam edəcəyi gözlənilir.

Daha əvvəl futbolçu eyni dizindən çarpaz bağların qopması səbəbindən təxminən bir il meydana çıxa bilməmişdi.

Seçilən
1
sportinfo.az

1Mənbələr