Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti ilə Miryana Spoljaric ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Görüşdə Azərbaycan-BQXK əməkdaşlığı və gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub.
C.Bayramov itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib.