AZ

İşğaldan azad olunmuş ərazilərin su təchizatı:Reallaşan və davam etdirilən layihələr

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri davam edir. Yeni infrastrukturun yaranması istiqamətində aparılan işlərdən ən önəmlisi təbii ki, ərazilərdə yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. İşğaldan azad olunmuş ərazilərin su təchizatının yaxşılaşdırılması istiqamətində də işlər sürətlə davam etdirilir. Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələrində mühüm layihələr həyata keçirilir.

Füzuli şəhərini içməli su ilə təmin etmək üçün…

Füzuli şəhərinin içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8500 kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Bundan əlavə, hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd su anbarı da tikilir. Su anbarının, idarəetmə və gözətçi otağının tikinti-quraşdırma işləri yekunlaşıb. Abadlıq işləri davam edir. Füzuli şəhərində 10330 metr magistral su xətti, 5807 metr artezianlar və anbarlararası su xətti, 1 ədəd tullantı su təmizləyici qurğu, 1816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan başqa, 15 ədəd subartezian quyusunun qazıntı işləri artıq yekunlaşır.

Cəbrayıl şəhərində, Horovlu və Şükürbəyli kəndlərində su təchizatı və kanalizasiya sisteminin yaradılması layihələri

Cəbrayıl şəhərində 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb, Nəzərdə tutulan 9 subartezian quyusundan 1-i qazılıb (tikilib), 3-nün inşası davam edir. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri istifadəyə verilib. Hər birinin tutumu 3x1000 kubmetr olan su anbarından 1-i tikilib istismara verilib, 2-nin tikintisi davam edir.

Şəhərin çıxışından 600 diametrlik boru ilə 5300 metr məsafədə kanalizasiya xətti çəkilib. 280 diametrlik boru ilə 1177 metr şəhərin giriş nöqtəsinə qədər olan magistral xətt də tam hazırdır. Modul tipli tullantı sutəmizləyici qurğu quraşdırılıb. Cəbrayılın Horovlu və Şükürbəyli kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində Cəbrayıl şəhərinin 1,17 kilometr magistral su xətti, 0,77 kilometr subartezianlararası su xətti, 5.1 kilometr kanalizasiya kollektor xətti, 0,63 kilometr yağış suları xətti, 1 ədəd 2x1000 kubmetr su anbarının tikintisi 95 faiz, 1 ədəd 2x1250 kubmetr su anbarının tikintisi 15 faiz, 3 ədəd subartezian quyusu Inzibati və köməkçi binaların tikintisi 20 faiz icra olunub, Horovlu kəndində 1,5 kilometr anbarlararası su xətti, 5,75 kilometr kəhrizlərin suyığıcı xətti, 0.32 kilometr kanalizasiya kollektor xətti, 2 ədəd 2x200 kubmetr su anbarının tikintisi 70 faiz, 1 ədəd 2x100 kubmetr su anbarı və nasos stansiyasının tikintisi 10 faiz icra olunub və Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1 ədəd 2x750 kubmetr su anbarının tikintisi 48 faiz icra edilib.

Zəngilan şəhərinə mövcud bulaqlardan su verilir

Zəngilan şəhərində hər birinin tutumu 4000 kubmetr olmaqla 2 su anbarının inşası icra olunur. Bununla yanaşı, hər birinin tutumu 100 kubmetr olmaqla 2 su anbarı inşa olunub. Rayonun Ağalı kəndində su təchizatının təmin edilməsi üçün 2 ədəd subartezian quyusu, 1 ədəd 50 m3 sutoplama kamerası, 2x250 su anbarı tikilib, şəbəkə qurulub istifadəyə verilib. Yağış sularının idarə olunması üçün icrası nəzərdə tutulmuş 1 kilometr yağış xətt də tikilir. Qarşıda duran perspektiv plana uyğun 9 ədəd subartezian quyusu, 1 ədəd nasosxananın tikintisi nəzərdə tutulub. 9 kilometr məsafədən çirkab su kollektor xətti çəkilib. Magistral və artezianlararası su xəttləri də inşa olunub.  Zəngilan şəhərinə mövcud bulaqlardan su verilir. Şəhərin Baş planına uyğun olaraq su mənbəyi qurğu, kəmər və şəbəkələrin tikintisi layihə üzrə davam etdirilir.

Laçın şəhərində 58 kilometr içməli su şəbəkəsi çəkilib

Laçın rayonunun Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir. Quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu, transformator məntəqəsi və digər yardımçı binalar inşa olunub. 10 kilometr uzunluğunda magistral su kəmərinin 100 faizi başa çatdırılıb. Magistral su kəməri üzərində 3 nasos stansiyası inşa edilib. Ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikintisi və bərpası aparılıb. Anbarlara toplanan su şəhərin böyük hissəsinə özüaxımlı rejimdə verilir. Relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini və obyektləri içməli su ilə təmin etmək məqsədilə 2 ədəd hidrofor quraşdırılıb. Laçın şəhərində 58 kilometr içməli su şəbəkəsi, 49 kilometr tullantı su şəbəkəsi inşa edilib. 7 km uzunluğunda kanalizasiya kollektoru tikilib. Məhsuldarlığı sutkada 4 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğusu inşa edilib. Rayonun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 4,36 kilometr magistral su xətti, 1 kilometr kanalizasiya kollektor xətti, 1 ədəd sutəmizləyici qurğular kompleksinin tikintisi 55 faiz, 1 ədəd 2x500 kubmetr su anbarının tikintisi-80 faiz, 1 ədəd 2x250 kubmetr su anbarının tikintisi 80 faiz, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi 95 faiz və 1 ədəd tullantı sularının təmizləyici qurğusunun tikintisi 65 faiz icra olunub.

Şuşanı Zarıslıçay və Kiçik Kirs su mənbələri təmin edir

Şuşa şəhəri üzrə Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 25 noyabr 2020-ci ildə Şuşa şəhərinə suyun verilməsi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi, Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 km olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib. Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 mm, uzunluğu 2,9 km olan yeni təzyiqli kəmər inşa edilib, nasos stansiyası qurulub. Mövcud, tutumu 2000 kubmetrlik su anbarından diametri 325 mm, uzunluğu 9,3 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 km-lik hissəsi diametri 530-426 mm olan borularla dəyişdirilib. Qeyd etmək yerinə düşər ki, Şuşa şəhərinə 2 istiqamətdən - Zarıslıçay və Kiçik Kirs su mənbələrindən su daxil olur.

Şəhərdə 12 ədəd qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası olan mövcud sutəmizləyici qurğu tamamilə yenilənib istismara verilib. Hazırda Şuşaya sutkada 5 min kubmetrə yaxın su verilir. Ümumi həcmi 6000 kubmetr olan 3 ədəd su anbarı layihələndirilib və anbarlardan birinin tikintisi başa çatdırılıb.

Ağdamda 9 kilometrlik magistral su xəttinin tikintisi davam etdirilir

Ağdam royununda hər birinin tutumu 10000 kubmetr olan 2 ədəd və hər birinin tutumu 7500 kubmetrlik 2 ədəd su anbarının tikinti işləri davam etdirilir. 9 kilometrlik magistral xəttin tikintisi davam etdirilir. Anbarlardan şəhər şəbəkəsinə çəkiləcək 2500 metr su xəttinin, 6 kilometrlik kanalizasiya xəttinin inşası tamamlanıb. 2 ədəd subartezian quyusundan birinin tikintisinə başlanılıb. Yeni mənbə olan Qaraqaya su mənbəyi üzrə uzunluğu 6 km diametri 630 mm polad kəmər inşa edilir. Rayonun Sarıcalı kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 1, 36 kilometr magistral su xətti, 3 kilometr təzyiqli kanalizasiya xətti, 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi 97 faiz icra olunub. Rayonun Kəngərli və Xıdırlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində Xıdırlı kəndində 3 kilometr magistral su xətti, 2, 1 kilometr kanalizasiya kollektor xətti çəkilib, Kəngərli kəndində 3 kilometr magistral su xətti, 5,73 kilometr kanalizasiya kollektor xətti və 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi 65 faiz icra edilib.

Xankəndi şəhərində, Qubadlı, Kəlbəcər, Xocalı, Xocavənd rayonlarında isə…

Xocalı rayonunun Daşbulaq, Xanabad, Badara, Seyidbəyli, Təzəbinə kəndlərində ümumi olaraq 1 su anbarı, 2 subartezian quyusu inşa edilib, 31 km su xətti çəkilib. Xocalı şəhərinin, Xocalı rayonunun Malıbəyli kəndinin xarici su təchizatı kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsi çərçivəsində Xocalı şəhərində 0,33 kilometr kanalizasiya kollektor xətti,1 ədəd tullantı sularının təmizləyici qurğusunun tikintisi və Xocalı rayonunun Malıbəyli kəndində 1 ədəd tullantı sularının təmizləyici qurğusunun tikinti-quraşdırma işləri icra olunub.

Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində 3, 32 kilometr magistral su xətti, 9,5 kilometr kanalizasiya kollektor xətti, 1 ədəd 2x1000 kubmetr su anbarının tikintisi 65 faiz, 1 ədəd 2x750 kubmetr su anbarının tikintisi 65 faiz, 1 ədəd 2x100 kubmetr su anbarının tikintisi 61 faiz, 1 ədəd su nasos stansiyasının tikintisi 10 faiz və 5 ədəd subartezian quyularının tikinti-quraşdırma işləri 50 faiz icra olunub.

Xocavəndin Sos kəndində 2 subartezian quyusu, 2 ədəd idarəetmə paneli inşa edilib.

Kəlbəcər rayonunda 2 ədəd su anbarının tikintisi davam edir. Bu rayonda, həmçinin magistral su kəmərinin tikintisi aparılır. Yağış və çirkab su kəmərinin tikintisi davam edir.

Xankəndidə 2 Sutəmizləyici Qurğular Kompleksi fəaliyyətdədir. 1 Nömrəli Kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 Nömrəli Kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur. Mövcud sistem təmamilə bərpa olunub və istismar edilir.

Ağdərənin Vəngli, Çıldıran Ortakənd, Talış və Suqovuşan kəndləri su ilə təmin olunub

Ağdərə rayonunun Çıldıran və Ortakənd kəndləri su ilə təmin olunub. Vəngli kəndində 1 ədəd mövcud subartezian quyusuna nasosun, 1 ədəd transformator və idarəetmə paneli quraşdırılıb, kənd su ilə təmin olunub, 1 ədəd subartezian quyusunun qazılmasına hazırlıq görülür. Həmçinin  Ağdərənin Talış və Suqovuşan kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində Talış kəndində 0,86 kilometr kanalizasiya kollektor xetti, 1 ədəd 2x200 kubmetr su anbarının tikintisi 90 faiz, 1 ədəd modu tipli tullantı sularının təmizləyici qurğusunun tikintisi 50 faiz icra olunub, Suqovuşan kəndində 9, 15 kilometr magistral su xətti, 0,16 kilometr kanalizasiya kollektor xətti, 1 ədəd 2x200 kubmetr su anbarının tikintisi 90 faiz,1 ədəd modul tipli tullantı sularının təmizləyici qurğusu nun tikintisi 50 faiz icra edilib.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
13
ikisahil.az

1Mənbələr