Bakı. Trend:
Danimarkadakı Olborq şəhər hava limanı pilotsuz uçuşaparatlarının olması səbəbindən həm gediş, həm də eniş üçünbağlanıb.
Trend-inməlumatına görə, bu barədə "Sky News" televiziya kanalı yerlipolisə istinadən xəbər verib.
"Olborq hava limanı yaxınlığında pilotsuz uçuş aparatlarıaşkarlanıb və hava məkanı bağlanıb. Polis araşdırma aparır", - deyəŞimali Yutlandiya polisi "X" sosial şəbəkəsində yazıb.
Hava limanının nümayəndəsi aşkarlanan dronların sayınıdəqiqləşdirməyib. Bildirilib ki, hadisə nəticəsində dörd reysincədvəlində dəyişiklik edilib.