AZ

ABŞ İranla nüvə məsələsi üzrə danışıqları davam etdirir - Stiv Uitkoff

Bakı. Trend:

Tehrana qarşı sanksiyaların mümkün bərpası fonunda Vaşinqtonİranla dialoqu davam etdirir.

Trend-inməlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi elçisi StivUitkoff deyib.

"İrana gəlincə, biz onlarla danışıqlar aparırıq. Biz hamı ilədanışıqlar aparırıq, və bunu etməliyik. Bizim işimiz budur -məsələləri diplomatik yolla həll etmək", - deyə o, Nyu-Yorkda BMTBaş Assambleyasının sessiyası ilə paralel keçirilən "Konkordia"sammitində deyib.

Uitkoff əlavə edib ki, ABŞ “davamlı həll yolu tapmaq vəsanksiyaların bərpası məsələsində razılığa gəlmək istəyir və bunuedə bilməsək, sanksiyalar lazım olduğu kimi olacaq”.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr