
Ermənistan baş naziri Nikol Paşinyan Qlobal Atom Enerjisi Forumunda iştirak edəcək.
Reyting.az xəbər verir ki, Rusiya atom sənayesinin 80 illiyinə həsr olunmuş forumda prezident Vladimir Putinin çıxışı gözlənilir.
Forumda Ermənistan baş naziri Nikol Paşinyandan savayı, Belarus prezidenti Aleksandr Lukaşenko, Myanma prezidentinin vəzifəsini icra edən Min Aunq Hlainq, Efiopiyanın baş naziri Əhməd, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Qrossi, həmçinin İran, Özbəkistan, Misir və Nigerin nümayəndələri iştirak edəcəklər.
V. QULİYEV