AZ

Tramp Ukrayna məsələsindən uzaqlaşır Röyters

ain.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Ukraynanın Avropa Birliyinin (AB) köməyi ilə ərazilərini geri qaytara biləcəyinə dair açıqlaması ilə müharibə məsələsindən uzaqlaşdığına eyham vurmuş ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Trampın Ukrayna ilə bağlı bəyanatını şərh edən adı açıqlanmayan avropalı diplomat bildirib ki, Amerika lideri indi Avropanın Ukraynaya kömək etməli olduğuna işarə edə bilər.

"Görünür, o, "əlvida" deyir, elə deyilmi? Amma bu sabah dəyişə bilər. Hər halda, kartlar bizim üçün aydındır. Biz nə etməli olduğumuzu bilirik", - deyə bildirilib.

Qeyd edək ki, Tramp Ukraynanın AB-nin dəstəyi ilə Rusiyanı müharibədə məğlub edə biləcəyini söyləmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
axar.az

3Mənbələr