Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası Belarusun Minsk şəhərində keçirilib.