ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ətrafında daha bir mesaj qalmaqalı yaranır.
"Report"un məlumatına görə, bu barədə Avropa Parlamentinin macarıstanlı üzvü Kinqa Qal "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, Avropa Ombudsmanı Aİ-nin "Mercosur" (Cənubi Amerika ümumi bazarı) ilə razılaşması ilə bağlı Lyayenin Fransa Prezidenti Emmanuel Makronla gizli mesajları ilə bağlı araşdırmaya başlayıb.
"Pfizergate" qalmaqalında olduğu kimi, bu mesajlar da yoxa çıxdı. Bu hal bir daha Avropa Komissiyasının fəaliyyətində şəffaflığın olmadığını nümayiş etdirir. Bizə gizli danışıqlar və yoxa çıxan mesajlar deyil, Aİ institutlarında real şəffaflıq lazımdır", - o yazıb.
May ayında Aİ-nin məhkəməsi von der Lyayen ilə "Pfizer"in baş direktoru arasında əlaqəni açıqlamaqdan imtina etməsini əsaslandırmadığı üçün AK-yə qarşı qərar çıxarıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.