Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyənin məşhur alternativ rok qruplarından biri olan “Adamlar” gözlənilməz qərarla musiqi fəaliyyətlərini dayandırdığını açıqlayıb. Qrup bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Bakupost.az-ın xəbərinə görə, rəsmi açıqlamada bildirilir ki, kollektiv bütün konsertlərini və yaxın planlarını ləğv edib. Fasilənin müddəti barədə hər hansı açıqlama verilməyib.
Son illərdə Türkiyə və regionda geniş dinləyici auditoriyası qazanan “Adamlar”, “Zombi”, “Rüyalarda Buruşmuşuz”, "Koca, yaşlı, şişko dünya"və digər mahnıları ilə tanınırdı. Qrupun fəaliyyəti dayandırması pərəstişkarları arasında böyük təəssüf hissi yaradıb.
Qeyd edək ki, “Adamlar” qrupu ötən il Bakıda da konsert vermişdi.
Aysel,
BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.