AZ

Venesuelada güclü zəlzələ baş verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Venesuelada 6.2 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 244 min əhalisi olan Valera şəhərindən 68 kilometr şimal-qərbdə yerləşib.
Güclü zəlzələnin ocağı yerin 8 kilometr dərinliyində qeydə alınıb.
Hələlik zərərçəkənlər və dağıntılar barədə heç bir məlumat daxil olmayıb.
Seçilən
39
3
oxu.az

4Mənbələr